Türkiyənin Radio və Televiziya Şurası “Çukur” serialında yayımlanan səhnəyə görə “Show TV” telekanalını cərimələyib.
Yenicag.az xəbər verir ki, RTÜK-ün qərarına görə, serialın yeni mövsümünün ikinci bölümündə şiddət səhnəsi yer alıb.
Belə ki, “Cumali”nin işgəncə məqsədi ilə adamı əhəng dolu çəlləyə salması RTÜK tərəfindən xoş qarşılanmayıb.
Bu səbəbdən serialın yayımlandığı “Show TV” telekanalı pul cəzasına məruz qalıb.
Cərimənin məbləği açıqlanmır.
www.yenicag.az