!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dağıdıcı müharibələrin daha bir DƏHŞƏTLİ ÜZÜ: “İstifadə olunan müasir silahlar ekologiyanın məhvini...”

!Reklam – Yazi

“Hazırda Yaxın Şərqdə baş verən İsrail-Fələstin müharibəsinin dağıdıcı təsiri təkcə insanlara deyil, eyni zamanda təbiət, ətraf mühit üçün də ciddi təhdiddir”.

Bu fikirləri müharibələrdə istifadə edilən yeni növ dağıdıcı silahların ətraf mühitə zərəri haqda danışan ekoloq Telman Zeynalov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, müasir dövrdə baş verən müharibələr və bu hərbi kampaniyalarda istifadə edilən silahlar ekologiya üçün böyük təhlükələrə yol açır:

“Müasir dövrdə yeni növ silahların yaradılması müharibələri daha təhlükəli hala gətirir. Hazırda Yaxın Şərqdə baş verən İsrail-Fələstin müharibəsinin dağıdıcı təsiri təkcə insanlara deyil, eyni zamanda təbiət, ətraf mühit üçün də ciddi təhdiddir.

Hərbi texnika, partlayıcı maddələr və digər müasir silahlar meşələrin qırılmasına, flora və faunanın məhv edilməsinə səbəb olur. Bu, aktuallığı gün-gündən artan qlobal problemdir. Həmin regionda davam edən müharibə yaxın ölkələrə də çox mənfi təsir edir”.

Nuray Məmmədzadə

COP29

www.yenicag.az

200
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv