Daha bir məktəb əyani tədrisə qayıtdı

media-hightechnic-468x90

Noyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə Yenicag.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb:

“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur” – məlumatda qeyd edilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa