Daha iki ölkə rəsmən DÇ-2018-də!

media-hightechnic-468x90

Daha iki komanda 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Serbiya və İslandiya yığmaları da mundiala vəsiqəni təmin edib. Seçmə mərhələnin Avropa zonasında mübarizə aparan bu kollektivlər istəklərinə sonuncu – 10-cu turda çatıblar.

Serbiya D qrupunda İrlandiya, Uels, Avstriya, Gürcüstan və Moldovadan güclü olub. 10 oyunun 6-da qələbə qazanıb, 3-də heç-heçə edib, yalnız 1-də uduzan serblər 21 xalla qrup qalibi kimi mundiala vəsiqə qazanıblar.

İslandiya isə İ qrupunda Xorvatiya, Ukrayna, Türkiyə, Finlandiya və Kosovo ilə mübarizə aparırdı. 10 oyundan 7-də qalib gəlib, 1-də heç-heçə edən islandlar 2 görüşdə də məğlub olublar. Amma bu, onların 22 xalla qrup birincisi olmasına mane olmayıb.

Qeyd edək ki, Serbiya və İslandiyanın bu uğuru sayəsində DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 17-yə çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05