Bu gün Türk dünyasının ustad sənətkarı Aşıq Ədalətin xatirə günüdür.
Sabah ustadın qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Yenicag.az-a açıqlama verən aşığın oğlu Hekayət Nəsibov atasını xatırlayaraq kövrəlib:
“Atam həmişə deyirdi ki, məzarım sadə olsun, üstünə bir kəlmə adımı yazın. Aşıq Ədalət böyük ustaddır, təkcə mənim deyil, bir elin-obanın dədəsidir, sənətkarıdır. Biz onun vəsiyyətinə əməl etdik. Eyni zamanda, bu misraları da həkk etdirdik:
Ötəcək əsrlər, keçəcək illər,
Bu sənət sönməyən şan-şöhrətindir.
Bir zaman deyəcək gələn nəsillər,
Gördüyün qara saz Ədalətindir!
Atımın məzar daşının hazırlanmasında əməyi keçən insanlara – Qazax rayon icra başçısı və Qazax İctimai Birliyinə təşəkkürümü bildirirəm..”
Qəbirüstü abidənin foto və videosunu təqdim edirik:
Cəvahir
www.yenicag.az