Dəhşətli yol qəzası: Sürücü öldü, 5 ağır yaralı

media-hightechnic-468x90

Şəkidə ağır yol qəzası baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində baş verib.

Rayonun Bolludərə kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Elçin Oqtay oğlu idarə etdiyi “Chevrolet Niva” markalı 99 MG 416 dövlət qeydiyyat nişanlı avtomobillə idarəetməni itirərək aşırıb.

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişinlər – Bolludərə kənd sakinləri, 1991-ci il təvəllüdlü Hüseynov İsmayıl Bəhram oğlu, 1988-ci il təvəllüdlü Əhmədova Xəyalə Bəhram qızı, 1977-ci il təvəllüdlü Hüseynova Sevinc Etibar qızı, 1992-ci il təvəllüdlü Əhmədov Elvin Oxvət oğlu, 2009-cu il təvəllüdlü Əhmədli Həmayə Elçin qızı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb./Trend/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600