Deputatlar tətilə buraxılıblar
Milli Məclisin deputatları yanvarın 1-dən tətilə buraxılıblar.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvarın 15-dək məzuniyyətdə olacaqlar.
Qeyd edək ki, Nizamnaməyə əsasən, tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar(report.az).