Deputatların Paraqvay səfərinin yekunları açıqlandı

media-hightechnic-468x90

senat2Azərbaycanın Argentinadakı Səfirliyindən verilən məlumata görə, bir neçə gün öncə Milli Məclisinin deputatları Cavanşir Feyziyev, Asim Mollazadə, Fuad Muradov və Aslan Cəfərov Paraqvay Respublikasında səfərdə olublar.

Nümayəndə heyətindən verilən məlumata görə, səfər vaxtı ilk olaraq Azərbaycan parlament nümayəndə heyəti Paraqvay Milli Konqresinin yuxarı palatasında Senatın sədrinin əvəzləyicisi qismində sədrin birinci müavini Enrique Bacchetta, Senatın Xarici Əlaqələr və Beynəlxalq Məsələlər daimi komissiyasının sədri Miguel Saguier, habelə Senatda Azərbaycanla parlamentrlərarası dostluq qrupunun üzvləri ilə görüşüblər. Ardınca isə Azərbaycan millət vəkilləri Paraqvay Deputatlar Palatasının sədri Huqo Velazquez və həmin palatanın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Jose Maria İbanez ilə görüşərək nüzakirələr aparıblar. Azərbaycan nümayəndə heyətinin şərəfinə Paraqvay Milli Konqresinin binasında ziyafət verilib.

Görüşlərdə Azərbaycan və Paraqvay parlamentləri arasında əməkdaşlığın iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkşafına verəcəyi töhfə barədə fikir mübadiləsi aparılıb, enerji və kənd təsərrüfatı sektorları prioritet əməkdaşlıq sahələri kimi qiymətləndirilib və müvafiq sahələrdə qanunvericilik üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydadlılığı qeyd olunub. Xüsusilə də, hər iki ölkənin açıq dənizə birbaşa çıxışının olmadığını nəzərə alaraq, Paraqvay tərəfi Azərbaycanın beynəlxalq bazarlara çıxışını təmin edən infrastruktur layihələrini, eyni zamanda neft və qaz sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və bu sahələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsinə maraq göstərib.

Görüşlərdə həmçinin, parlamentlərarası əlaqələrin genişləndirilməsi, həmçinin beynəlxalq və regional məsələlər də diqqət mərkəzdində olub. Azərbaycanlı parlamentarilər ölkəmizin inkişaf strategiyası, xarici siyasətinin əsas istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, münaqişənin həllinin regiona gətirəcəyi fayda, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, təhsil, gənclər, idman sahələrində aparılan işlər, həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol barədə məlumat veriblər.

Səfər vaxtı Azərbaycan nümayəndə heyətinin Paraqvay hökumətinin üzvləri ilə ikitərəfli görüş keçiriblər. Paraqvayın xarici işlər nazirinin əvəzləyicisi qismində nazir müavini Rigoberto Gauto ilə keçirilmiş görüşdə iki ölkə arasında siyasi, iqtisadi, humanitar, təhsil sahəsində əməkdaşlıq, müvafiq hüquqi-normativ bazanın inkişafı mövzularında fikir mübadiləsi aparılıb. Görüşdə, habelə beynəlxalq və regional mövzular da diqqət mərkəzində olub və azərbayanlı parlamentarilər ölkəmizin xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və münaqişənin regiondakı vəziyyətə təsiri barədə məlumat veriblər.

Paraqvayın mədən və enerji nazirinin müavini Mauricio Bejarano və kənd təsərrüfatı və heyvandarlıq nazirinin müavini Marcos Medina ilə görüşlərdə Paraqvay tərəfi Azərbaycanın neft və qaz sektorunda, Azərbaycan tərəfi isə Paraqvayın kənd təsərrüfatı sektorunda əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilib.

Tərəflər bu sahələr üzrə qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Paraqvayın işğüzar dairlələri, o cümlədən SENACSA, ARP, FECOPROD, APROLE, Frutika kimi istehsal assosiasiyaları və şirkətlərinin rəhbər nümayəndələri ilə görüşləri keçirilib. Görüşlərdə iqtisadi, ticarət və sərmayə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan parlamentarlarının Paraqvaya səfəri istər bu ölkənin mətbuatının, istərsə də Latın Amerikasının KİV-lərin diqqət mərkəzində olub. Paraqvay İnformasiya Agentliyi (İP), Paraqvay İctimai Televiziyası, EFE Amerika, Latin American Herald Tribune, Terra, Paraguay.com, Diario Las Americas, Noticias Yahoo, Paraguaynoticias.info, İberoamerica.net, Robinspost.com, Radio Nanduti, Radio Marandu və digər mətbuat qurumları tərəfindən müvafiq yazılar və Azərbaycan parlamentarilərinin, həmçinin səfir M.Əhmədzadə ilə müsahibələr dərc edilib.

Yazı və müsahibələrdə Azərbaycan-Paraqvay münasibətləri, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər və regional liderliyi, Ermənistan-Azərbaycan münaqişəsi kimi mövzulara toxunulub.

Dərc olunmuş yazıların bir qismi ilə aşağıdakı müvafiq saytlardan tanış olmaq mümkündür:

http://www.ip.gov.py/ip/?p=5686

http://sudamericahoy.com/pais-paraguay/azerbayan-corteja-a-paraguay-con-visita-parlamentaria/
http://www.diariolasamericas.com/5051_america-latina/2985549_parlamentarios-de-azerbaiyan-inician-en-paraguay-una-gira-por-suramerica.html
http://m.paraguay.com/nacionales/parlamentarios-de-azerbaiyan-visitan-paraguay-124780
https://es-us.noticias.yahoo.com/parlamentarios-azerbaiy%C3%A1n-inician-paraguay-gira-suram%C3%A9rica-211000664.html

http://noticias.terra.com.ar/mundo/latinoamerica/parlamentarios-de-azerbaiyan-inician-en-paraguay-una-gira-por-suramerica,ee99a35ecbbeb410VgnCLD200000b1bf46d0RCRD.html

http://laht.com/article.asp?ArticleId=2377222&CategoryId=12394

http://www.iberoamerica.net/chile/prensa-generalista/terra.cl/20150306/noticia.html?id=0bBCG5v

http://www.ip.gov.py/ip/?p=6268

http://www.paraguay.com/nacionales/parlamentarios-de-azerbaiyan-visitan-paraguay-124780 http://noticias.terra.com.ar/mundo/latinoamerica/legisladores-de-azerbaiyan-buscan-ampliar-cooperacion-economica-con-paraguay,36f806f9570fb410VgnCLD200000b2bf46d0RCRD.html(modern).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600