!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd: “Seçkilər Zəfər ruhuna uyğun şəkildə keçirilir”

!Reklam – Yazi

“Seçkilərin ilk günündən istər namizədlərin qeydiyyatı zamanı, istərsə də ondan sonrakı dövrdə olan təbliğat-təşviqat kampaniyası zamanı bütün namizədlər üçün bərabər şərait yaradılıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət Hüquq və Demokratiya Partiyasını (ƏHD) sədr müavini, namizədliyini 90 saylı Ağsu seçki dairəsindən verən Elçin Mirzəbəyli deyib.

VII çağırış parlament seçkiləri ilə bağlı fikirlərini bölüşən ƏHD funksionerinin sözlərinə görə, hər kəsə imkan verilib ki, seçicilərlə ünsiyyətdə olsunlar, birbaşa təmaslar və yaxud ayrı-ayrı tədbirlər vasitəsilə öz platformalarını açıqlasınlar, hədəflərini vurğulasınlar:

“Bu müddət ərzində kim uğurlu kampaniya həyata keçirə bilibsə, o da mövcud şəraitdə əhali tərəfindən yaxşı tanınıb. Hətta onun düşüncələri haqqında tam formalaşmış bir fikir də ortaya çıxır. İndiki şəraitdə də seçki kampaniyası normal və qanunauyğun şəkildə həyata keçirilir. Seçki qərargahı üzvlərinin və müşahidəçilərin verdiyi məlumata görə seçkilər tam şəffaf şəraitdə keçirilir və insanlarımız öz iradələrini hər hansı bir maneə olmadan ifadə edirlər”.

“Bəlli olduğu kimi, builki seçkilərin həm də mənəvi yükü kifayət qədər böyükdür. Çünki ilk dəfədir ki, ölkənin bütün ərazilərində, suverenliyi və ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanda parlament seçkiləri keçirilir. Bu bir dönüş nöqtəsidir və Zəfər ruhuna uyğun şəkildə də parlament seçkilərinin keçirildiyi qənaətindəyəm. Ona görə də xeyirli-uğurlu olsun!” – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv