Məlum olduğu kimi, qış aylarında dərimiz soyuq, nəmsiz və çirkli havanın təsiri altında quruyaraq, öz parlaqlılığını və canlılığını itirir. Xüsusilə də problemli bir dəriyə sahib olanlar və ona davamlı olaraq qulluq etməyənlərdə bu xüsusiyyətlər artır. Bu isə bir sıra dəri xəstəliklərinə yol aça bilir.
Dermatoloqlar dəriyə məhz yay aylarından başlayaraq qulluq edilməsinin daha faydalı olduğunu bildiriblər.
Yenicag.az dərimizin sağlam və təravətli görünməsi üçün 4 əsas vasitəni təqdim edir:
1. TƏMİZLİK EDİN: İsti su dərinin qurumasına səbəb olan ən önəmli amillərdən biridir. Buna görə də üzünüzü və bədəninizi təmizləyərkən ilıq sudan istifadə edin. Dərinizə zərif davranın. Həmçinin, dərinizə uyğun olan təmizləyici sabunlardan istifadə edin.
2. ANTİ AGİNG VASİTƏLƏR: Yaşınıza və dərinizə uyğun olan dermatoloji vasitələrdən istifadə edin.
3.NƏMLƏNDİRİN: Bir çoxları dərini yağlı və quruya ayırmaqla fərqləndirir. Əslində isə bu iki proses bir-biriylə sıx bağlıdır. Nəmləndirici kremlər fərdi qaydada, dərinin xüsusiyyətlərinə görə seçilməlidir. Nəmləndirici vasitələri dərini təmizlədikdən sonra tətbiq etmək lazımdır.
4. GÜNƏŞDƏN QORUYUN: Ultrabənövşəyi şüalar dərinizə fərqli bir formalarda zərər verə bilir. Yayda daha çox təsirli olan bu şüalar günəş allergiyasına səbəb olur. Buna görə də həssas, ağ və ləkəli dəriyə malik olanlar mütləq günəş kremlərindən istifadə etməlidirlər. Bunun üçün dermatoloqlardan məsləhət almaq olduqca faydalıdır.
Tahirə Nur
www.yenicag.az