Dəriyə qulluq vasitələrini (krem, maska və s.) seçdikdə mütləq dərinin tipini nəzərə almaq lazımdır.
Bu səbəbdən hər bir qadın öz dəri tipini bilməlidir.
Üz dərisinin aşağıdakı tipləri ayırd edilir:
– normal dəri,
– quru dəri,
– yağlı dəri,
– qarışıq dəri.
İnsan öz dəri tipini necə ayırd edə bilər?
Bunun üçün aşağıdakıları etmək lazımdır:
1. Yumşaq maye sabundan istifadə etməklə üzünüzü yuyun.
2. Bir saat gözləyin.
3. Bir neçə ədəd nazik kağız parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.
4. Daha sonra kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.
5. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlıdır
– əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş kağızlarda olarsa, sizin dəriniz qarışıqdır
– əgər yağ izləri heç bir kağız parçasında olmazsa və ya bu izlər çox cüzidir, sizin dəriniz normaldır
– əgər dərinizdə dartılma hissi yaranıbsa, sizin dəriniz qurudur.
www.yenicag.az