Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində vətəndaş G.İsayeva idarə etdiyi “Toyota” markalı avtomobillə idarə etməni itirərək marketlərdən birinin qarşısında avtoqəza törədib.
Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.
Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.
Araşdırma davam etdirilir.
***21:30
Bakıda yol qəzası olub, 3 nəfər xəsarət alıb.
TƏBİB-dən Yenicag.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.09.2024-cü il tarixində saat 17:40-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisindən avtomobil qəzası ilə bağlı çağırış daxil olub.
Hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan 3 nəfər (qadın cinsli) müştərək travmalarla Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
www.yenicag.az