DİN işçisi adı ilə camaatı soydu
Özünü Daxili İşlər Nazirliyinin rəsmisi kimi təqdim edən şəxslə bağlı cinayət işi açılıb.
Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, o vətəndaşı Penitensiar Xidmətə işə düzəldəcəyini deyərək aldadıb.
Yevlax rayon sakini Həsən Əliyev özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat alıb.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.