!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Doğum günü olan Xanım İsmayılqızı: "Hamı koronavirusu lənətləyir..."

!Reklam – Yazi

Tanınmış şairə və bəstəkar Xanım İsmayılqızının doğum günüdür. Şairə doğum gününü qeyd etməyib.

Təəssüratlarını Yenicag.az-a bölüşən şairə hədiyyəsini həyat yoldaşından adığını deyıb:

“Artıq bir neçə ildir ki, doğum günümü qeyd etmirəm. Bu dəfə də belə oldu. Adətən doğum günlərimi evdə qızım və nəvələrimlə birgə keçirirəm. Bu dəfə onların da gəlməsinə imkan vermədim. Elə həyat yoldaşımla oturmuşuq. Hədiyyəni də ondan aldım. Əvvəlcədən ətir alıb saxlayıbmış, yoxsa heç ondan da hədiyyə ala bilməyəcəkdim. İndi hamı koronavirusu lənətləyir ki, tez bir vaxtda bütün dünya, eləcə də ölkəmiz, xalqımız, əzizlərimiz bu bəladan qurtarsın. İndiki vaxtda da bir-birimizə dayağımız o olar ki, bir-birimizdən uzaq duraq, məsafə saxlayaq”.

Cəvahir

www.yenicag.az

2159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv