!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dostu Rafiq Hüseynovla bağlı: “Oğlunun faciəsinə dözə bilmədi...”

!Reklam – Yazi

Mərhum xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun xatirə günüdür.

Xalq artisti, məşhur diktor Sabir Ələsgərli həmkarı ilə bağlı xatirələrini Yenicag.az-la bölüşüb:

“Rafiq işıqçıdan sədr müavini vəzifəsinə qədər yüksəlmişdi. O, həm Azərbaycan, həm də rus dilini mükəmməl səviyyədə bilən peşəkar diktor idi. Rafiq nəinki Azərbaycanda, Rusiyada da çox sevilirdi. Ona Rusiyada televiziyada iş təklif olundu, amma o qəbul etmədi, çünki vətənə hədsiz dərəcədə bağlı insan idi. Dostcanlı, səxavətli insan idi. Kimsə ondan nəsə xahiş etsəydi, dərhal kömək edərdi”.

S.Ələsgərov mərhum diktorun şəxsi həyatında aldığı zərbələrdən də danışıb:

“Rafiq 17 yaşlı oğlunu faciəli şəkildə itirdi. Dəhşətli ölümdən sarsılan Rafiq ömrüboyu bu ağrını ürəyində yaşatdı. Roza Tağıyeva ilə ailə həyatının dağılması, oğul itkisi – bütün bunlar onun həyatına təsir göstərdi. Sağalmaz xəstəliyə düçar olması onun həyatına son qoydu. Bu gün Rafiqin yoxluğunu hiss etmək mənə çox ağırdır”.

Cəvahir

www.yenicag.az

8008
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv