Gəncə şəhərində döyülən şəxs xəstəxanada ölüb.
Yenicag.az-ın məlumatına görə, iyulun 31-də ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilən Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu avqustun 1-də günorta saatlarında dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə başlanan cinayət işi Cinayət Məcəlləsilinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsiyə edilərək Gəncə şəhər Prokurorluğuna göndərilib.
Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Əliyev Həbib Elşad oğlu tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Yusifov Kamran Abbas oğlu naməlum şəraitdə döyülərək kəllə-beyin travması alıb. Vəziyyəti ağır olan 24 yaşlı gənc Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilmişdi./Trend/
www.yenicag.az