Yanvar ayının 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Bərədov Aslan Emin oğluna məxsus “Peugeot” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib.
Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, baş vermiş yanğın hadisəsi Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib.
Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ilə birlikdə görülmüş tədbirlər nəticəsində avtomobil qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alma halı qeydə alınmayıb.
www.yenicag.az