“İstintaq başa çatdıqdan sonra hələ çox məsələlərin üstü açılacaq”
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirməsi nəticəsində birinci müavin Elnur Əliyevin saxlanmasına münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
O, bildirib ki, Mədəniyyət Nazirliyində çox hadisə baş verir:
“Əvvəlki nazirin dövründə də böyük yeyinti olub. Küçədən keçəndən beş-on min alıb xalq artisti adı siyahısına salırlar. Bir çox faktların üstü açılıb, bəzilərinin üstü isə basdırılıb. Onlar xəyanətlə məşğuldurlar. DTX haqlı olaraq əməliyyat keçirib, əməliyyatları davam da etdirməlidir. İstintaq başa çatdıqdan sonra hələ çox məsələlərin üstü açılacaq.
Həssas dövrdəyik. Azərbaycan dövlətinin prioritetlərinə qarşı təbliğat gedir. Hər birimiz ayıq-sayıq olmalı, Prezidentimizə dəstək olmalıyıq”.
Nəsimi Ələsgərli
www.yenicag.az