!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Dünya kuboku: Qrup hərəkətləri üzrə bədii gimnastika komandamız finala yüksəldi

!Reklam – Yazi

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun beş halqa ilə hərəkətlər proqramında finala yüksəlib.

Yenicag.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Qummətova, Yelizaveta Luzan və Daria Sorokinadan ibarət komandamız 33.500 xalla təsnifat mərhələsində üçüncü yeri tutaraq finala yüksəlib.

Beş xalqa ilə hərəkətlər proqramı üzrə Çin (37,100 xal), İsrail (36,100 xal), İspaniya (33,500 xal), Ukrayna (33,150 xal), Fransa (31,750 xal), Özbəkistan (31,550 xal) və Bolqarıstanı (31,250 xal) təmsil edən komandalar da finala vəsiqə qazanıblar.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Gimnastlar fərdi alətlər və çoxnövçülük proqramı üzrə yarışlarda mükafatlar uğrunda mübarizə aparırlar. Ənənəvi olaraq, AGF Trophy Kuboku çıxışına görə ən yüksək xal toplayan idmançıya və qrup komandasına veriləcək/Trend/

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv