Dünya müsəlmanları Ramazan bayramını nə zaman qeyd edirlər?
Müqəddəs Ramazan bayramı bu il bir çox ölkədə 29 iyulda keçirilir. Lakin bəzi ölkələr bu bayramın vaxtını dəqiq müəyyən edə bilmədiklərindən bayramı bir neçə gün qeyd edir. Bu səbəbdən də İslama xoş gəlməyən ikitirəliklər yaranır. Bunun nəticəsi olaraq dövlətlər 2 və hətta 3 gün Ramazan bayramı keçirirlər.
Şükür Allaha ki, Azərbaycanda güclü tolerant və mültikulturalizmin əsaslarına arxalanan bir dövlət var və burada bütün İslam əhli, müsəlmanlar Ramazan sonunu eyni gündə bayram edir.
Ramazan bayramını 29 İyul təntənəli keçirən ölkələr: Azərbaycan, Misir, Filippin, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Bosniya və Hersegovinya, Iran, Morokko, Malaziya, Nigeriya, Avstraliya, Malaş, Kanada, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Rusiya və İndoneziya.
Eyni zamanda 28 iyulda bayram edən ölkələr: Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Misir, Efiopiya, İndoneziya, Makidoniya, Malaziya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Ermənistan, Rusiya.