!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünya ölkələrinin çoxu bizdən fərqli olaraq neft-qaz ehtiyatlarına malik deyil” – ŞƏRH

!Reklam – Yazi

“Əgər müqayisə aparırıqsa, o zaman özümüzü neft-qaz istehsalçısı olan ölkələrlə müqayisə edək”.

Bu fikirləri cari ilin ilk yarısında Azərbaycanda iqtisadi artımın dünya üzrə orta proqnoz göstəricisindən təqribən 2 dəfə artıq olmasına dair məlumatı çərh edən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan hazırda davam edən qlobal iqtisadi böhranın öhdəsindən uğurla gələn ölkələrdən biridir:

“Öncə, bir məqama toxunmaq istərdim. Dünyada elə bir ölkə yoxdur ki, müxtəlif sahələrə aid statistikanı öz marağına uyğun qaydada “korrektə” etməsin. Azərbaycan kimi dövlətlərdə bu hal daha çox yayılıb. Niyə? Çünki bizdə dövlət qurumlarının, o cümlədən iqtisadi blokun fəaliyyətində şəffaflıq təmin edilməyib. Bu səbəbdən də açıqlanan iqtisadi rəqəmləri yoxlamaq, zəruri müqayisələr aparmaq imkanı çox məhduddur.

Amma bu da etiraf edilməlidir ki, bəli, hazırda dünya miqyasında çox ciddi iqtisadi böhran yaşanmaqdadır. Eyni zamanda, Azərbaycan bu böhranın öhdəsindən uğurla gələn ölkələrdən biridir. Doğrudur, burada da müəyyən problemlər var, ancaq digər ölkələrlə müqayisədə kəskinləşmə yoxdur. Bununla belə, Azərbaycanla başqa ölkələr arasında analoji müqayisənin aparılması doğru deyil.

Ona görə ki dünya ölkələrinin çoxu bizdən fərqli olaraq neft-qaz ehtiyatlarına malik deyil, bu məhsulların satışından külli miqdarda gəlir əldə etmir. O da nəzərə alınmalıdır ki, Rusiya Ukraynaya hərbi təcavüz etməsəydi, dünya bazarında neft və qazın qiyməti də belə qalxmayacaqdı. Azərbaycanda qeyd olunan artımın əsas səbəbi budur.

Yaxşı, əgər müqayisə aparırıqsa, o zaman özümüzü neft-qaz istehsalçısı olan ölkələrlə müqayisə edək. Daha deputat Ziyad Səmədzadə kimi Nigeriya ilə yox… Mən də təklif irəli sürə bilərəm ki, gəlin bu müqayisəni qeyri-neft sektoru amili əsasında, özü də bizə yaxın ölkə olan Gürcüstanla aparaq. Gəlin görək, bu zaman hansı mənzərə ortaya çıxacaq? Açıq görünəcək ki, qonşu ölkə bu müqayisədə bizdən irəlidədir.

Buna görə də belə çıxışlar, adətən, dövlət səviyyəsində populizm kimi qiymətləndirilir. Açıq desək, o statistika həqiqəti əks etdirmiş olsa belə, bu, Azərbaycanın dövlət qurumlarının başqa ölkələrdə daha yaxşı işləmələrinin göstəricisi deyil”.

A.Zeynalov

COP29

www.yenicag.az

1873
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv