!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 247 mini ötdü

!Reklam – Yazi

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 247 mindən çox artıb.

Yenicag.azxəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 23-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 247 225 nəfər yeni koronavirusa yoluxub, 7 097 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 15 012 731, ölənlərin isə 619 150 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 7 948 513 yoluxma və 317 962 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 147 860, ölənlərin sayı isə 208 970 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 571 317 yoluxma və 37 203 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv