Dünyada koronavirusa yoluxanların sayı 267 mindən çox artdı

media-hightechnic-468x90

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 267 mindən çox artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 16-sı saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 267 291 nəfər yeni koronavirusa yoluxub, 5 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 21 294 845, ölənlərin isə 761 779 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 11 420 860 yoluxma və 414 326 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 745 649, ölənlərin sayı isə 214 092 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 3 040 168 yoluxma və 59 875 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600