Valideynin uşağına qidalanma mədəniyyətini öyrətməyi vacibdir. Axı ana və ata uşaqlarının sağlamlığı üçün məsuliyyət daşıyır. Onlar üçün hansı qidanın keyfiyyətli olub-olmadığını başa düşməlidirlər. Amma araşdırmalardan görünür ki, insanlar övladlarını doğru qidalandırmır.
Yenicag.az müxtəlif ölkələrdə uşaqların qidanlaması ilə bağlı keçirilən sorğunu təqdim edir:
Azərbaycan
Uşağın qayğı göstəricilərindən biri tez-tez və doyana qədər qidalanmasıdır. Yemək siyahısına əsasən bir çox yağlı yeməklər, ət-kabab, lülə-kabab, çoxlu tərəvəz başçılıq edir.
Səhər yeməyində bir qayda olaraq, uşaqlara pendir, şirniyyat, yağ ilə isti çörək verilir.
Son zamanlar bir çox yerlərdə uşaqların “Fast Food”, hamburger, kartof ilə qidalandığının və ziyanlı qazlı içkilərdən istifadə etdiklərinin şahidi oluruq. Və bunun da nəticəsi olaraq bir çox uşaqlar artıq çəkidən əziyyət çəkirlər.
Məktəblərdə yeməkxanalar yoxdur, buterbrod, çipsi, şirniyyat satan piştaxtalar var. Və bunlar da sağlam qida sayılmır.
Türkiyə
Ailənin bütün üzvləri, o cümlədən uşaqlar çörək yeyir. Hər ailə bir yemək üçün 4 və daha çox baton çörək alır. Çox aci bibər, göyərti, paxla, bulqur, düyü və makaron yeyirlər. Hər hansı bir yemək ilə mütləq ayran içirlər.
Uşaq meydançalarında isə uşaqların tez-tez duzlu çubuqlar, çipsilər və s. bəsləndiyinin şahidi ola bilərik.
İsrail
İsrail ailələrində həftə sonlarında xüsusən uşaqlar yarımfabrikatlar və pizza yeyir.
Məktəbdə və ya uşaq bağçasında uşaqlara sendviç, şokolad, bundan əlavə tərəvəz və meyvə verilir. Səhər yeməkdə isə uşaqlar pomidor, xiyar, pişmiş yumurta və salat yeyir. Çörək nadir hallarda istifadə edilir. Yarımfabrikatlar isə qadağan edilib. Daha çox isti yeməklərə üstünlük verilir.
Dövlət müəssisələrində Tuna balığı ilə sendviç, yumşaq pendir verilir.
Son zamanlar isə valideynlər uşaqlara müxtəlif yeməklər verməyə başlayıb. Uşaqların daha çox su içməsinə üstünlük verilir.
Səhər yeməyində ənənəvi olaraq ağartı məhsullarından istifadə edirlər. Əhali evdə daha çox şorba, sıyıqlar, hər növdə ət yeməklərinə üstünlük verir.
İtaliya
Uşaqlar yemək haqqında danışmağı və kafeyə getməyi sevirlər. İtalyanlar restoranda fri kartofu və sosiska verilir və bu uşaq qidası hesab edilir. İtaliyada şorbalar demək olar ki yeyilmir.
Uşağın makaron, ət, balıq və süd məhsulları yeməsi vacib sayılır. Uşaqlar daha çox tərəvəz, pizza, meyvə, yumurta ilə qidalanır.
Almaniya
Almanlar ümumiyyətlə praktiki olaraq yemək bişirmir. Nahar gün ərzində isti qidanın yeganə üsuludur. Onlar naharı bağçada, məktəbdə və ya işdə yeyir.
Səhər yeməyi və axşam yeməyi üçün əsasən sendviç verilir.
Şorba isə ancaq xəstələr üçün yemək sayılır.
Latviya
Uşaq bağçasında səhər həmişə müxləlif növ pürelər, naharda şorba, kolbasa ilə çörək, kəsmik, omlet verilir.
Şəkər və duzun istehlak normalarına çox nəzarət edir, minimum istifadə etməyə çalışırlar.
Kanada
Kanadalı uşaqlarda isə ən çox yayılmış və sevilən səhər yeməyi cem, fıstıq yağı ilə buterbrod və ya südlə qarğıdalı lopalarıdır.
Argentina
Uşaqlar burada sağlam qidalanmır. Bu ölkədə demək olar ki, heç kim səhər yemeyi yemir.
Argentinadakı əsas şam yeməyi sayılır. Şam yeməyində bütün ailə süfrə arxasında olur.
Masada “pasta”, pizza, “patties” və ya ətli hər hansı xəmir məmulatları olur. Uşaqlar daha çox “Coca-Cola” və ya digər şirin sular içir.
Argentinada şorba yalnız xəstələr üçün və ya bəzən qışda hazırlanır.
www.yenicag.az