Əfqanıstan prezidenti İlham Əliyevə məktub göndərib

media-hightechnic-468x90

Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

“28 May – Respublika Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Ölkələrimiz arasında qarşılıqlı maraqların nəzərə alınması ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsi Əfqanıstan üçün vacib məsələlərdəndir. Mən Azərbaycan ilə Əfqanıstan arasındakı mövcud dostluq əlaqələrindən razılığımı bildirir və bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın münasibətlərinin daha da dərinləşməsini və möhkəmlənməsini arzulayıram.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzu edirəm”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600