2018-ci ilin on ayında Azərbaycanda 48 186 ölüm halı qeydə alınıb.
Yenicag.az xəbər verir ki, ölüm səviyyəsi əhalinin hər 1 000 nəfərinə 5,9 təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2 236, üçəmlərin sayı isə 96 olub.
Ümumilikdə ilin əvvəlindən ölkə əhalisinin sayı 69 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9 967 730 nəfərə çatıb.
www.yenicag.az