!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ehtiyata buraxılan hərbi qulluqçular yola salınıb

!Reklam – Yazi

Horadiz şəhərində ordudan ehtiyata buraxılan hərbi qulluqçular üçün yolasalma mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Nazirliyin əməkdaşı, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani bildirib ki, yanvarın 1-dən başlayaraq ölkədə həm gənclərin müddətli həqiqi hərbi xidmətə çağırılması, həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması təntənəli şəkildə qeyd edilir. Respublikanın bütün şəhər və rayonlarının çağırış məntəqələrində gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırlar.

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qənimət Əliyev xidməti başa vuran gənclərə uğurlar arzulayıb, ordu quruculuğundakı nailiyyətlərdən, füzulililərin daim əsgərlərin yanında olmasından, ordu ilə xalqın birliyindən danışıb.

Birlik komandirinin müavini, polkovnik Elşad Əbilov ehtiyata buraxılan hərbi qulluqçuları və gənc əsgərləri təbrik edib. Bildirib ki, cəbhə bölgəsində xidmət etmək böyük şərəfdir. Ordu sıralarından ehtiyata buraxılan gənclər cəbhə bölgəsində xidmət etməklə həm mənəvi, həm də fiziki cəhətdən daha da möhkəmlənirlər.

Azərbaycan Ordusunun düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə aldığını, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını deyən E.Əbilov əminliklə qeyd edib ki, bu gün Lələtəpədə dalğalanan üçrəngli bayrağımız tezliklə Şuşada, Xankəndində və hazırda işğal altında olan digər şəhər və kəndlərimizdə də ucaldılacaq.

Qarabağ müharibəsi qazisi Əlizadə Abbasov və 1994-cü ildə uğurlu Horadiz əməliyyatının iştirakçısı Şakir Bayramov xidməti başa vuran hərbi qulluqçulara Vətənə şərəflə xidmət etdikləri üçün təşəkkür edib, ölkəmiz üçün layiqli vətəndaş olmağı, gənc əsgərlərə isə Silahlı Qüvvələrimizin döyüş salnaməsinə parlaq səhifələr yazmağı, xalqımıza qələbə sevincini yaşatmağı arzulayıblar.

Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatı Gənclər Birliyinin sədri Tural Nəbiyev Azərbaycan Ordusu ilə fəxr etdiyini bildirib, füzulili gənclərin işğal altındakı torpaqlarımızın azadlığı uğrunda hər an Ali Baş Komandanın əmri ilə savaşa hazır olduqlarını bəyan edib.

Sonra ehtiyata buraxılan hərbi qulluqçular adından əsgər Kənan Vəliyev silah, dəmir dəbilqə və zirehli gödəkcəsini estafet rəmzi olaraq gənc əsgər Rüfət Cəbrayılova təqdim edib. Gənc əsgər bu estafeti uğurla davam etdirəcəyinə, Vətənə şərəflə xidmət edəcəyinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacağına söz verib.

Xidməti başa vuran hərbi qulluqçulara fəxri fərman, Abdulla Qurbaninin müəllifi olduğu “Çingiz dastanı” və “Ordumuz-qürurumuz, xalqımız-dayağımız” kitabları, valideynlərə təşəkkür məktubu təqdim edilib.

COP29

www.yenicag.az

1882
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv