!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ehtiyatda olan polkovnik “Azərişıq”dan şikayətçidir – Qiymətdən narazı qaldı

!Reklam – Yazi

Ehtiyatda olan polkovnik “Azərişıq” və ASAN Kommunalın bərpa işi ilə bağlı çıxardığı qiymətdən şikayət edib.

Yenicag.az-a müraciət edən ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov bildirib ki, bu qurumlar ona məxsus qarajda yaranan elektrik enerjisinin bərpası ilə bağlı çıxardığı dövlət rüsumu reallığı əks etdirmir.

Rövşən Məhərrəmovun sözlərinə görə, qurumların çıxardığı qiyməti ödəmək imkanı yoxdur:

“Heyər Əliyev prospekti, 101 ünvanında mənə məxsus qaraj var. Qaraja 2010-cu ildə texniki şərt alınıb. Texniki şərt də 8 klovatdır. 2010-cu ildə ödəniş edilib. Texniki şərtə görə elektirik xətti 14 metr uzunluğunda, yerin altından keçir. Qaraja gələn elektrik xəttində faza itib. “Azərişığ”ın Nərimanov rayon şöbəsinə müraciət etmişəm. Mütəxəssislər gəlib. Bildiriblər ki, 1 faza yoxdur. Bərpa etmək üçün ASAN Kommunala müraciət etmək lazımdır. ASAN Kommunala fazanın bərpa edilməsi ilə bağlı ərizə yazıb, müraciət etdim. Texniki şərti və qarajın sənədlərini təqdim etmişəm. Mütəxəssis gəlib, baxış keçirilib, görüblər ki, sayğacda blomb var, ancaq bir faza itib. Əlində bir vərəq vardı. Dedi, yazmışam ki, filan ünvanda fazanın biri itib. İmza atdım. ASAN Kommunaldan mənə sənəd verdilər ki, bərpa işi üçün 665 manat pul edəməliyəm. Buna etiraz etdim. Mənə dedilər ki, şikayətə ASAN Kommunalın baş ofisi baxır. Ora müraciət etdim. Məni 2 saatdan artıq gözlətdilər. İki mütəxəssis mənə dedi ki, sizin tərəfinizdən akt yazılıb. Onlara bildirdim ki, 665 manat ödəyə bilmərəm. Gördüm, aktda yazılıb ki, oradan 7 kub torpaq çıxmalıdır. Məsələni mütəxəssislərlə araşdırmışdım. Mənə dedilər ki, oradan qazıntı aparılsa ən çox 0,3 kub torpaq çıxa bilər. Qeyd edim ki, qazıntı aparılacaq yerin yola heç bir aidiyyatı yoxdur, bundan əlavə, həmin ərazidəki asfaltı özüm saldırmışam. Yəni o qazıntı heç bir yerə və heç bir quruma mane olmayacaq. Mənə dedilər ki, ödəniləcək məbləğ Nazirlər Kabinetinin qərarına uyğundur. Nazirlər Kabinetinin qərarını tələb etdim. Heç bir qərar təqdim etmədilər. Mənimlə pis rəftar etdilər. Onlara özümü təqdim etdim ki, ehtiyatda olan polkovnikəm, müharibə veteranıyam, ancaq onlar bunların heç birinə məhəl qoymadılar. Dövlət başçısı hər çıxışında bildirir ki, hərbi qulluqçulara, müharibə veteranlarına məmurlar hörmətlə yanaşmalıdırlar.

Daha sonra “Azərişığ”ın mətbuat xidməti ilə əlaqə saxladım. Baş verənləri onlara bildirdim, araşdıracaqlarını dedilər. Hələ də araşdırma hansı yöndə aparılır, bilmirəm.

Dövlət rüsumunu ödəməyə hazıram. Sadəcə olaraq, iki qurumun ortaya çıxardığı rüsum reallıqdan uzaq, şişirdilmiş rəqəmdir”.

Şikayətçi məhkəməyə müraciət edəcəyini bildirib.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə Yenicag.az-a məsələdən xəbərdar olduqlarını bildirdi.

“Şikayətçiyə hər şey izah olunub. Qiymətlər də ən minimum həddə hesablanıb. Sadəcə olaraq, şikayətçi hesablanan qiymətlərlə razılaşmır”, – deyə o qeyd edib.

COP29

www.yenicag.az

475
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv