“Əl-Qaidə” terror qruplaşmasını ələ keçirdi

media-hightechnic-468x90

79023“Əl-Qaidə” terror qruplaşması Yəmənin Mukalla şəhərində hərbi bazanı ələ keçirib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bir gün əvvəl onlar həbsxanaya hücum edərək, 1-i Əl-Qaidə üzvü olmaqla, 300 məhbusu azad edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənə endirdiyi hava zərbələri terrorçuların fəallaşmasına səbəb olub. Ölkənin cənubuna nəzarət edən “Əl-Qaidə”nin də husilərə qarşı hücuma keçəcəyi gözlənilir.

Bu arada Pakistanın baş naziri Nəvaz Şərif Türkiyədə Yəmən böhranının həlli yollarını müzakirə edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə Ankara görüşündən sonra tərəflər Yəməni münaqişəni dinc yolla həll etməyə çağırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600