“Əl-Qaidə”nin Suriyadakı komandanlarını kim öldürdü?
“Əl-Qaidə”nin Suriya qolu olan “Əl-Nusra” Cəbhəsi adlı qrupun əsas liderləri, Suriya -Türkiyə sərhədində yerləşən ərazidə ABŞ liderliyindəki Koalisiya təyyarələri tərəfindən vurulduğu xəbəri yayıldı.
Yenicag.az xəbər verir ki, vurulan liderlər arasında “Ən-Nusra” Cəbhəsinin əsas komandirlərindən Əbu Humam əs-Surini ilə bərabər Əbu Musab Əl Fələstini, Əbu Ömər əl Kürdi və Əbul Bəra əl-Ənsarinin də olduğu bildirilir.
“Ən-Nusra”nin lideri Əbu Məhəmməd əl Cevlaninin də hücumda həyatını itirdiyi bildirilsə də, hələlik Suriyadakı qaynaqlar bu xəbəri təsdiqləməyiblər.
Maraqlı cəhət ondadır ki, “Ən-Nusra” komandirlərin öldürüldüyünü təsdiqləsə də, ABŞ son 24 saat ərzində İdlibdə hər hansı bir əməliyyat keçirmədiklərini bildirdi.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Türkiyə sərhədində yaşanan bombardmanı Əsədə bağlı hərbi hava qüvvələri həyata keçirib.