Eldar cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırdı: "Niyə seçimimə görə..."

media-hightechnic-468x90

Məşhur ifaçı, “Evrovision-2011”in qalibi Eldar Qasımov cinsi oriyentasiyası ilə bağlı sualı cavablandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə o, Media.Az-a müsahibəsində açıqlayıb.

Müğənni ona ünvanlanan “Sizi çox vaxt qeyri-ənənəvi cinsi oriyentasiya nümayəndələrinə aid edirlər. Bu barədə nə düşünürsünüz” sualına aşağıdakı cavabı verib:

“Mən belə söz-söhbətlərə fikir vermirəm. Və mən başa düşmürəm ki, niyə seçimimə görə kiminsə qarşısında özümə haqq qazandırmalıyam. Bilirsiniz, bizim cəmiyyətimiz elədir ki, bəzən nə paylaşsan da, sənin seçimini bəyənməyənlər tapılacaq. Hər kəsin fikrinə və seçiminə hörmət etmək vacibdir. Hər halda hesab edirəm ki, insanın şəxsi həyatı gizli qalmalıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600