!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldəniz Cəfər: 2023-cü ildə AVRO-5 standartına keçid ola bilər

!Reklam – Yazi

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov ölkənin avtomobil bazarındakı durumla bağlı Musavat.com-a verdiyi geniş müsahibədə 2023 cü il üçün bir neçə gözlənilən hadisə haqda şərh verib. 

2023-cü ildə Azərbaycanın avtomobil bazarında tamamilə yeni dövr olacaq. Biz bazarda yeni modellər və markalar da görəcəyik. Bunlar xüsusilə krossoverlər və mini krossoverlər olacaq. Elektromobillərin idxalında 5-6 dəfə artım ola bilər. Təxmini proqnozuma görə, 2023-cü il ərzində ölkəmizdə “Avro-5” ekoloji standartları da tətbiq oluna bilər. Çünki “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” mövcuddur.

Dövlət qarşısına məqsəd qoyub ki, 2030-cu ilə qədər Azərbaycan təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilsin. Belə olan halda ekosistemin yaxşılaşdırılmasına ehtiyac var. Bunu da etmək üçün ilk növbədə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq lazımdır.

Düşünürəm ki, “Avro-5″ə keçid il ərzində ola bilər, deyə Eldəniz Cəfər qeyd edib.

www.yenicag.az

549
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv