Əməkdar artist Sevda Ələkbərzadənin “Sənətə aidiyyatı olmayanları aparıcılar sənətkar kimi təqdim edirlər” ifadəsi sənət cameəsində müzakirələrə səbəb olub.
Yenicag.az-a açıqlama verən tanınmış prodüser Namiq Qafarov bu cür halların sənət cameəsi və insanlar arasında çaşqınlıq yaratdığını bildirib:
“Sevda haqlıdır. Təsəsülər olsun ki, elə verilişlərimiz var, orada qonaq seçimi düzgün edilmir. Elə aparıcılar var ki, layiq olmadığı halda, adamı elə səviyyədə tərifləyib sənətkar kimi təqdim edirlər ki, bu da tamaşaçıda və sənət aləmində çaşqınlıq yaradır. Axı televiziya elədir ki, insanlar gördüklərinə və eşitdiklərinə daha çox inanır.
İndi canlı yayıma gəlir, qalırsan belə, bilmirsən, belə vəziyyətdə özünü necə aparasan, baş verənlərdən sonra xoşagəlməz situasiyadan necə çıxasan. Sözün açığı, əvvəllər belə şeylərə fikir vermirdim və verilişdə iştirak edən qonaqların kimliyindən asılı olmayaraq, dəvəti qəbul edirdim. Amma son zamanlar buna xüsusi fikir verirəm. Canlı yayıma gedərkən verilişdə kimlərin iştirak edəcəyini qabaqcadan soruşuram. Verilişdə hansı mövzunun müzakirə olunacağı ilə maraqlanıram.
Veriliş var ki, reytinq naminə bunu edir, veriliş var ki, sanbalını qoruyub saxlayır. Amma, təəssülər olsun ki efirdə belə xoşagəlməz hallar yaşanır. Bu həm sənət adamında qıcıq doğurur, həm də izləyicidə”.
Cəvahir
www.yenicag.az