Əli Əhmədov dərmanların qiymətindən danışdı

media-hightechnic-468x90

eli_ehmedovAzərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir.

bu barədə Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında məlumat verib.
Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Prezident İlham Əliyevin Fərmanı ilə bu dəyişiklik təsdiq olunub.

Əli Əhmədov vurğulayıb ki, növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar artıq hazırdır. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək. Bunun texniki baxımdan xeyli vaxt tələb etdiyini deyən Baş nazirin müavininin fikrincə, məqsəd ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. “Təəssüf ki, indiki halda belə hallara rast gəlinir. Bundan başqa, dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərdən biridir. İnsanlar nə dərmanların qiymətinin yüksək, nə də keyfiyyətinin aşağı olmasından əziyyət çəkməməlidirlər. Qaydalar hazırlanıb həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”, – deyə Əli Əhmədov diqqətə çatdırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600