Əli Həsənov Türkiyədə səfərdədir

media-hightechnic-468x90

93124_res_01Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdir Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Bu haqda Türkiyə KİV məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai Rayon Bələdiyyəsinin sədri Teymur Məmmədov daxildir.

Xəbərə görə, Əli Həsənov Mersin vilayətinin Tarsus rayon bələdiyyəsinin sədri Şevket Canla görüşüb. Azərbaycanın nümayəndə heyəti Tarsus rayonunda ümummilli lider Heydər Əliyev parkının və abidəsinin açılışında iştirak edib.

Ə.Həsəsnov deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri ilbəil güclənir: “Ulu öndərlər Atatürk və Heydər Əliyevin söylədikləri kimi bizim ağrımız, acımız, sevincimiz birdir, dostluğumuz əbədidir. İki xalqın dostluğunun sarsılmaz və əbədi olduğunu bildirmək istəyirəm. Biz Azərbaycan xalqı olaraq, bu dostluğa və birliyə çox böyük dəyər veririk”(report).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600