Əli Kərimlinin gizli tapşırığı

media-hightechnic-468x90

34437Azərbaycan Xalq Cəbhəsi Partiyasında qalmaqal yaşanır. Səbəbsə partiyanın sədr müavini Razi Nurullayevin bəyənat verərək partiyadan və tutduğu postdan istefa etməsidir. Bununla bağlı bir çox məlumatlar yayılır. Məsələyə aydınlıq gətirmək üçün Razi Nurullayev ANS-ə müsahibə verdi

– Razi bəy, sizin AXCP-dən istefa verməyinizi hansı amillər şərtləndirdi, niyə görə kifayət qədər yüksək vəzifə tutduğunuz və uzun illər sərf etdiyiniz partiyadan getmək qərarına gəldiniz?

– Əslində mən partiya ilə yollarımı ayırmaq istəmədim. Amma uzun illər xidmət etdiyim bir partiya ilə yollarımı ayırmağa zorla Əli Kərimli vadar etdi. Əli Kərimli ilə yaşadığı evdə görüşümüz oldu. Görüş zamanı məni müavinlikdən azad etdiyini söyləyərək qarşımda şərt kəsdi ki, səsiz-səmirsiz partiyada getdiyini açıqla. Biz sənin üzərinə gəlmirik, sənə damğa yapışdırmayacağıq. Partiya funksionerlərinə tapşırıq verəcəm ki, bir kimsə səni tənqid etməsin. Sən də sakitcə sağlamlıq durumun və vətəndaş cəmiyyətində işin ağırlığı ilə bağlı getdiyini bəyan edərsən. Əli Kərimliyə sual verdim ki, neçə illər əməyimi sərf etmişəm, eyni zamanda siyasətə sadəcə bir gündə əlimi-qolumu sallayıb gəlməmişdim, deyəndə də qərarının qətiliyinin şahidi oldum. Onun mənə münasibətinin aşağılayıcı olduğunu, eləcə də neçə illər partiyaya və cəmiyyət naminə xidmətimin də nəzərə almadığını gördüm. Bu arada aramızda qalmaqalda yaşandı. O, bildirdi ki, gizli bir şəkildə müxtəlif səfirliklərlə görüşürsən, bu barədə mənə məlumat vermirsən ola bilsin ki, səni planların var. Son zamanlar daha çox hakimiyyəti tənqid etməyə başlamısan, sosial şəbəkələrdə statuslar yazırsan, tərəfdarların sayı artıb. Bu məni narahat edir. Bir sədr müavininin partiyaya daha çox xeyir verməsi qürur duyması əvəzinə bir qisqanclıq sərgiləyir. Mən şokda idim. Bununla yanaşı partiya funksionerlərdən kimlərsə, Əli Kərimliyə partiya daxilində təbliğat apardığımı deyib ki, mən partiyada dəyişiklik istəyirəm. Partiya sədrinin qurultayda getməsinin və partiya qarşısında hər hansı bir iddaa qoymaq istiyirəm. Əslində mənim partiyada ciddi bir iddaa ortaya qoymaq hissiyatım yox idi. Mən sadəcə olaraq Əli bəyin partiyada yaratdığı daxili avtoratizmi və diktaturanı məhv etmək istəyirdim.

– Bütün bu söylədiyiniz sadəcə olaraq dedi-qodu formatına oxşayır. Bu partiya daxilində gedən ciddi proseslərə oxşamır. Əslində bütün bu söhbətlərin kökündə nə dayanır?

– Hesab edirəm ki, bütün bunların kökündə məhz Əli bəyin şəxsi maraqları durur. O, partiyanın yeganə lideri olaraq qalır və bu cür də qalmaq niyyətindədir. Hesab edirəm ki, Əli bəy bu gün müxalifətdə birinci olmaq, müxalifətin lideri olmaq uğrunda mübarizə aparır. Hər zaman biz onunla bunu müzakirə etdik. AXCP-nin hazırda apardığı mübarizə müxalifətdaxili mübarizədir. Nəticədə xalqdan aralı düşdük, xalqla təmasımız tamamilə qırılıb və hətta keçirdiyimiz mitinqlərdə belə biz insanları məcburən, xahiş, minnətlə cəlb edirik. Və bütün bunları açıq bir şəkildə etiraf edirəm. Mən bunu etiraf etməsəm də bu görünür, bunu hər kəs bilir. Əgər 9 milyona xalqın 20-30 mini bizim təşkil etdiyimiz etiraz mitinqlərə gəlmirsə, demək biz xalqdan ayrı düşmüşük. Xalq müxalifətə yeni bir nəfəs gətirilməsini istəyir. Təbii ki, Əli Kərimli buna mane olur. Və onun öz maraqları ortadadır. Hesab edirəm ki, ümumiyyətlə Azərbaycan Xalqı Cəbhəsi Partiyasının lideri Əli Kərimli müxalifət düşərgəsində bir maneə olaraq qalmaqdadır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600