“Əli Kərimlinin mitinqə çağırışı daha çox yalvarışdı” – Səbuhi Abbasov

media-hightechnic-468x90

10610677_10202599668972560_4842427531985923954_nBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib. Mitinq komitəsinin sədri, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının verdiyi məlumata görə, Milli Şuranın müraciətinə baxılaraq, mitinqin aprelin 5-də saat 15:00-dan 17:00-a qədər “Məhsul” stadionunda keçirilməsinə razılıq verilib. Əli Kərimli simasi hamıya bəllidir. Hətta onun keçmiş silahdarları da Əli Kərimlini səfeh adlandırırlar. Bu bir faktdır. 500 nəfərli mitinqdə çıxış eləməklə (onun tam yarısı media və qohum əqrabanın payına düşür), əsası olmayan şuarlar səsləndirməklə nəyə nail olacağını başa düşmək o qədər də çətin deyil. Bir dəfə də Avropaya bəyan etsin ki, Kəlbəcərdə, Xocalıda, Ağdabanda yüzlərlə insanımız vəhşicəsinə qətlə yetirilib. Təbii ki, deməz. Bu fikri demişəm bir daha deyirəm. BU MÖVZULAR MALİYYƏLƏŞDİRİLMİR deyə Cəmil bəyin də marağında deyil. Amma proseslərin gedişatı cəmiyyətdə komik ab-hava yaratsada Azadlıq.info öz ampulasından kənara çıxmır. “Ölkənin tanınmış ictimai-siyasi xadimləri xalqı meydana səslədi” başlığı iləyazı dərc olundu. 5-10 nəfərin şəklini qoyublar. Tam səmimi deyim ki, orda cəmi bir nəfəri tanıdım, Gültəkin Hacıbəyli. Sadəcə tanınmış ziyalı, ictima-siyasi xadim dedikdə Gültəkinin şəklini ora qoymaq nə dərəcədə düzgündü bunu demək çox çətindi. Ya Gültəkinin şəkli çıxarılsın, ya da ElmLər Akademiyasına müraciət edən ziyalı, ictimai-siyasi xahim sözü leksikomumuzdan çıxarılsın. Amma onu dəqiq bilirəm ki, Əli Kərimli və onun bandasının etdiyi çağırışlar daha çox yalvarış xarakterlidir. Çünki bütün dayaqlarını, silahdarlarını itirən Əli Kərimliyə xaricdən gələn qrantlarda dayana bilər. Yeganə ümid internet mediaya, sosial şəbəkələrə qalıb. Rauf Arifoğlu bir məqamda toxundu. O məqam heç vaxt yadımdan çıxmaz. Dedi gəlin bir anlıq təsəvvür edək ki, Əli Kərimli hakimiyyətə gəlib və onun ətrafında olan maxinatorların hərəsi bir nazirdi. Sonra dediyi fikir daha maraqlı oldu: “Bunu təsəvvür etmək belə dəhşətdi”. Bəli bu dəhşəti

Hadisələrin gedişatı onu göstərdi ki, Rauf Arifoğlunun “dəhşət” sözünü “yumşaq” deyib. Kərimlinin sağ əli olan Razi Nurullayev onu tam tərəfi ilə təsvir etdi: ƏLİ KƏRİMLİ TƏNQİDİ SEVMƏYƏN, TƏNQİDƏ QARŞI DÖZÜMÜ OLMAYAN DİKTATORDU. Sitat: ““Mitinqlərin təşkili üçün partiya üzvlərindən pul yığılırdı. Onların hərəsi 10, 50, 100 manat və s. gücü çatan qədər vəsait ayırırdı və fond yaradılırdı. Bundan başqa təbii ki, sədrə müxtəlif yerlərdən pul gəlirdi. Onun özünün məqbul bildiyi səviyyədə yardımlar göstərilirdı. Hazırda keçirilən mitinqlər xalqın ümumi maraqlarını əhatə etmir. Orada xalqın iştirakı çox zəif olur. AXCP-də tənqid qadağandır. Partiya rəhbəri tənqid oluna bilməz, fərqli fikir söylənilə bilməz”
Bu faktlar özlüyündə partiyanın xislətini tam mənada ortaya qoyur. Düşünürəm ölkənin milli maraqlarını ermənipərəsət qüvvələrə pul, qrant müqabilində satan Əli Kərimli bandasına qarşı vətəndaş cəmiyyəti ciddi təpki göstərməlidir.

Səbuhi Abbasov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600