!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əli Mirəliyev verilişdəki davadan danışdı: "Mikrofonu tullayıb getdi"

!Reklam – Yazi

Ötən gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində yaranan qalmaqalla bağlı verilişin aparıcısı müğənni Əli Mirəliyev Yeniçag.az-a açıqlama verib.

Ə. Mirəliyev baş verənləri təsdiqləyib:

“Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli ilə Elgiz Əkbər arasında mübahisə yarandı. Günah da Vasifdə idi. Deyim də hadisə necə olub. Verilişdə qonaq olan istedadlı bir uşaq mahnı oxudu. Bu, Vasifin xoşuna gəlmədi. O, uşağın oxumağına etiraz etdi və mikrafonu çıxarıb tulladı. Dedi ki, niyə bu uşağı istismar edirsiniz, onun hələ toylarda, tədbirlərdə oxuyan vaxtı deyil. Elgiz də buna etiraz etsə də Vasif studiyanı tərk etdi”.

Ə.Mirəliyev Elgizin işdən uzaqlaşdırılması ilə bağlı bunları dedi:

“Qaldı ki, rəhbərliyin verilişdən sonra toplantı keçirib, Elgizi “Səhər səhər” verilişindən uzaqlaşdırmasına, bu barədə heç nə deyə bilmərəm. Birinci gün hər şey bilinəcək”.

Xatırladaq ki, ARB telekanalında yayımlanan “Səhər səhər” verilişinin aparıcısı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb.

“Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb”.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqləyib. O, mübahisə yarandığı üçün studiyanı tərk etdiyini bildirib. Həmin verilişin isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.

Cəvahir

www.yenicag.az

5323
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv