!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarovla surinamlı həmkarı arasında telefon danışığı oldu

!Reklam – Yazi

19 iyun tarixində qarşı tərəfin təşəbbüsü ilə nazir Elmar Məmmədyarovun Surinam Respublikasının Xarici İşlər naziri Yldiz Pollak Beigle ilə telefon danışığı baş tutub.

Yenicag.az XİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlər mövcud qlobal vəziyyətə toxunaraq, ümumdünya sağlamlıq böhranı ilə mübarizə çərçivəsində iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi apardılar və bu xüsusda, qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinin əhəmiyyətini vurğuladılar.

Surinam Respublikasının Xarici İşlər naziri  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19 virusuna qarşı mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünü dəstəklədiyini bildirdi.u

Tərəflər ikitərəfli münasibətlərin daha da inkişafı perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs etdilər və bu istiqamətdə birgə səylərin artırılmasına dair razılıq ifadə edildi.

Nazirlər iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları, həmçinin bu sahədə mütəxəssislərin hazırlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdilər.

Nazir Yldiz Pollak Beigle Azərbaycan ilə Surinam arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu diqqətə çatdırdı və Bakıya səfəri zamanı ADA Universitetində  tanışlığını məmnunluqla xatırladı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

www.yenicag.az

554
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv