Eltun İbrahimov: “Elə cavab verəcəm ki, nə sirr açılacaq, nə də ki, siz…”
-Bildiyimiz kimi Gənc Diplomatlar Birliyi müxtəlif səpkidə yerli və beynəlxalq layihələr həyata keçirir, bəs 2014-cü ildə həyata keçirdiyiniz beynəlxalq layihələr hansılardır?
Bəli, son zamanlar Azərbaycan Gənc Diplomatlar Birliyi artıq yerli layihələrlə yanaşı beynəlxalq layihələrə də start vermişdir. Mən sizə elə bu il həyata keçirdiyimiz beynəlxalq layihələrimiz barədə məlumat vermək istərdim. Təşkilatımızın nümayəndə heyəti sentyabr ayında “Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun təmin edilməsi” beynəlxalq layihəsi çərçivəsində Qazaxıstan Respublikasının paytaxtı Astanaya səfər etmiş və bir neçə uğurlu konfrans və görüşlər həyata keçirmişdir. Noyabr ayında isə Gürcüstan Gənc Diplomatlar Klubunun sədri Giorgi Goguadzenin dəvəti ilə Gürcüstandə işgüzar səfərdə olduq. Səfər çərçivəsində hər iki təşkilat gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq haqqında memorandum imzalayaraq və bir neçə birgə layihələrin müzakirəsi aparıldı. Bu cür uğurlu beynəlxalq layihələrin keçirilməsi qarşımıza qoyduğumuz proritet məsələlər sırasındadır.
-Siz xarici ölkələrdə tez-tez olursunuz, bəs Gürcüstanda özünüzü necə hiss edirdiniz?
Azərbaycanda gürcü xəngəlini tez-tez yediyimiz üçün çox yaxşı…. (gülür) . Bəli, biz tez-tez xarici ölkələrə səfər edirik, ancaq yemək məsələsinə gələndə bu barədə çox əziyyətlər çəkirik. Adətən həmin ölkələrdə ilk öncə Azərbaycan restoranlarının olması barədə araşdırmalara başlayırıq. Ancaq Gürcüstanda olarkən özümüzü öz ölkəmizdəki kimi hiss edirdik, havası, suyu və mətbəxi demək olar ki, oxşardır, hətta insanları belə.
-Əməkdaşlıq edəcəyiniz eyniadlı təşkilat haqqında danışa bilərsiniz?
Əməkdaşlıq edəcəyimiz təşkilat öz fəaliyyəti və üzvlərinin say çoxluğu ilə Gürcüstanda artıq öndə gedən təşkilatlardan biridir. Həmin təşkilata Giorgi Goguadzeadlı adlı gənc lider rəhbərlik edir. Jurnalistlərin buraxdığı səhvlər ucbatından artıq təşkilatımıza 1-ci notanıda göndərib….(gülür). Müzakirələr zamanı idarə heyətinin çıxışlarını izləyərkən Gürcüstanda vətənini sevən, savadlı və intelektual nəslin yetişdiyinin şahidi oldum. Belə hesab edirəm ki, bu cür gənclərlə birgə əməkdaşlıq etmək və qarşılıqlı müzakirələrin aparılması hər iki təşkilat üçün müsbət nəticələrin əldə olunmasına gətirib çıxarar.
-Əgər sirr deyilsə müzakirə olunan məsələlər və gələcəkdə keçiriləcək birgə layihələr haqqındakı fikirlərinizi bilmək istərdik, ancaq səmimi olmanızı istərdim.
Elə cavab verəcəm ki, nə sirr açılacaq, nə də ki, siz narazı qalacaqsınız…..(gülür) .Partnyor təşkilatla müzakirə zamanı bir neçə məsələ müzakirəyə çıxarıldı ki, bunların arasında, hər iki ölkə gəncləri arasında davamlı olaraq mədəniyyət, humanitar, iqtisadi və s. məsələləri özündə birləşdirən layihələrin keçirilməsi durur. Artıq gələcəkdə birgə layihələrin keçirilməsi barədə də ilkin razılıqlar əldə olunub.
– Gürcüstanlı gənclər haqqında nə deyə bilərsiniz?
Biz və bizim dostlarımız xarici ölkələrə səfər edərkən ən çox müzakirəyə çıxardığımız məsələ həmin ölkələrin gəncləridir, onların təhsili, həyat tərzi və dünyaya baxışı. Bəli, mən əminliklə deyə bilərəm ki, bu gün qonşu ölkə Gürcüstan Respublikasının gəncləri olduqca savadlı, intelektual və gələcəyə parlaq ümidlə irəliləyən gənclərdir.
-Gürcüstanda yaşayan gənclərimizin ictimai fəaliyyəti sizi qane edirmi?
…. .(bir az fikirləşir) Bilirsiniz, öz ölkəndə yaşayaraq vətənini sevmək, başqa bir ölkədə yaşayayaraq vətənini sevməkdən tamam fərqlidir. Onlar bizim üstümüzdən vətənin iyini belə hiss edirlər. Səfər etdiyimiz ölkədə ilk görəcəyimiz iş həmin ölkədə yaşayan həmvətənlilərimizlə görüşməyimizdir. Bildiyimiz kimi, Gürcüstanda da çoxlu sayda azərbaycanlı soydaşlarımız yaşayır. Onları vətənləri ilə yalnız iki ölkə arasındakı sərhəd ayırır. Mən çox sevinirəm ki, bizim gənclərimizin bir çox hissəsi gürcü dilini yaxşı bilir, həmin ölkəni öz ölkələri qədər sevir, onun qanunlarına riayət edir, Gürcüstanın ictima-siyasi həyatında fəal iştirak edir, dövlət qurumlarında çalışır. Fəxr hissi ilə deyə bilərəm ki, Gürcüstanda azərbaycanlı gənclərin təsis etdiyi bir neçə QHT fəaliyyət göstərir. Bütün bunlar bizi bir həmvətənli kimi çox sevindirir.
Fidan Hüseynzadə/İzvestiya.az