Reklam: High Technic
hightechnic

Elza Seyidcahanla "Bu şəhərdə" arasında növbəti QALMAQAL?

Ötən gün “Bu şəhərdə” komandasının “DiYeTaa” adlı konsertində birinci sırada əyləşən əməkdar artist Elza Seyidcahan həyəcanlı anlar yaşayıb. Müğənni-bəstəkar yerinə oturduqdan bir az sonra qalxmağa məcbur olub. Onun zalı tələsik tərk etməsi media mənsublarının gözündən yayınmayıb. Hamı bunu Elza ilə “Bu şəhərdə” komandası arasındakı bəlli narazılıqla əlaqələndirib.

Bəs görən əslində nə baş verib? Elza Seyidcahan həqiqətləri Yeniçağ.az-a açıqlayıb:

“Mən “Bu şəhərdə” komandası ilə maraqlı bir səhnəcik təqdim edəcəkdim. Amma geyimim hazır olmadığından bu, təxirə düşdü. Mən də son vaxtlar ulduz olduğum üçün ələ düşmürəm axı… Xaricdən məhz mənim və Coşqunla Rafaelin səhnə geiymini hazırlamaq üçün məşhur stilist dəvət olundu. O da konsertdə məni görən kimi səhnəarxasına apardı. Ayaq barmaqlarımdan tutmuş əlimə qədər ölçümü götürdü. Amma gec idi, geyimin hazırlanması üçün vaxt lazımdır. Növbəti konsertlərin birində biz həmin geyimdə bərabər çıxış edəcəyik. Onu da deyim ki, mən öz yerimi Amerikadan gələn müğənni bacım Rasimə Muradovaya verdim. Səhnəarxasından qayitmadım və konserti elə ordan seyr etdim”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

 

www.yenicag.az

149