Əmək haqqı 4% artıb
Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,3% artaraq 444,4 manat təşkil edib.
Yenicag.az apa-ya istinadən bildirir ki, əmək haqqı neft sektorunda 1769,5 manat, qeyri-neft sektorunda 411,3 manat, dövlət bölməsində 348,7 manat, özəl bölmədə 578,5 manat təşkil edib.
Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.