Müğənni Elnarə Xəlilova gözdən-nəzərdən qorunmaq üçün üstündə nə talisman gəzdirir, nə də üzərrik yandırır.
Yenicag.az-a açıqlama verən sənətçi bədnəzərdən qorunma yollarından danışıb:
“Bədnəzərdən çox qorxuram. Amma buna görə üstümdə talismanlar gəzdirmirəm. Nə gizlədim, dilimdən dualar düşmür, cünki inanıram. Tez-tez “Ayətül-kürsü”, “Əl-fələq”, “Ən-nas”, “Fatihə”, “Qulhuvallah” surələrini oxuyuram. Sonra da uşaqların üzünə üfürürəm. Təkcə bədnəzərdən yox, elə cadu-piti, qarğışdan da qorxuram. Çünki bunlar hamısı neqativ enerjilərdir. Mütləq gəlib insanı tapır. Düzdür, özümə heç nə olmur, amma, bir də görürsən getdiyim yerdə maşını vururam, ayaqqabımın dabanı qırılır, ayağım burxulur. Öz-özümə tez yozuram ki, hə, yəqin ki, bədnəzərə gəldim. Amma bilirəm və inanıram ki, o dualar məni və uşaqlarımı bədnəzərdən qoruyur. Özüm heç, əsas övladlarımdır, çünki mənfi auranın onlara xətər toxundura biləcəyindən qorxuram”.
Cəvahir
www.yenicag.az