Əməkdar artist haqsızlıqla ÜZ-ÜZƏ: “Nə qonorarımı verirlər, nə də…”

media-hightechnic-468x90

Tanınmış aktrisa, Əməkdar artist Nahidə Orucova fotolarından icazəsiz şəkildə reklam vasitəsi kimi istifadə edən “Temu” şirkətindən hələ də təzminat ala bilmir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, aktrisa “Qonaqcanlı” verilişində qonaq olarkən simasından qanunsuz istifadə olunması və buna görə qarşı tərəfin öhdəliklərini yerinə yetirməməsindən bəhs edib.

Sənətçi məsələ ilə bağlı bunları deyib:

“Mənim xəbərim olmadan “Temu” şirkəti öz məhsullarını mənim simam vasitəsilə reklam etmişdi. Bununla bağlı tərəfimizdən onlara rəsmi məktub göndərilsə də, heç bir tədbir görülmədi. Əslində, mənə təzminat ödənilməli idi, lakin bunu etmədilər. Nəinki ödəniş olunmadı, heç məktubumuza cavab belə verilmədi və bizə hər hansı bir xəbərdarlıq da gəlmədi. Hələ ki, gözləyirik. Bəlkə bir nəticəsi oldu”.

Məsələ ilə bağlı “Temu”dan Yenicag.az-a bildirilib ki, “Temu” platformasında görüntülərin və ya məzmunun hər hansı icazəsiz və ya qeyri-münasib istifadəsini qadağandır:

“Əqli mülkiyyət hüquqlarını qorumaq və çaşdırıcı məzmunun qarşısını almaq üçün müvafiq siyasətlər və icra prosesləri həyata keçiririk. Bu məsələdən xəbərdar olduqdan sonra, biz dərhal həmin elanı sildik və siyasətimizə uyğun olaraq bu növ halları izləməyə və aradan qaldırmağa davam edəcəyik”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05