Əməkdar artist İLK DƏFƏ AÇIQLADI: "Müdirimdən bu sözü eşidəndə çox utandım"
“Gözləmədiyim halda mənə dedi ki, səninlə evlənmək istəyirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Bəsti Sevdiyeva “Bir gün” verilişində deyib.
Sənətçi şəxsi həyatı ilə bağlı gizlinləri bölüşüb:
“Ailə qurduğum insan müdirim olub. Çox ağır təbiətli insan idi. Gözləmədiyim halda mənə dedi ki, səninlə evlənmək istəyirəm. Çox utandım, bəlkə də həyatımda heç vaxt o qədər utanmamışdım. Mən ona müdir kimi baxırdım. Dedim ki, yox, mən sənətimlə məşğul olacağam, hələ ailə qurmaq fikrim yoxdur. O vaxta qədər bir az oğlan xasiyyətli idim, çünki məni evdə ərköyün böyütmüşdülər. Sonra iş yoldaşım dedi ki, Oqtayın ata-anası gəlib, yəqin sənə baxmaq istəyirlər. Çox sərt cavab verdim ki, get işinlə məşğul ol, onlar öz oğullarının yanına gəliblər. Sən demə, elə məni görməyə gəliblərmiş. Sonra elçi göndərdi, evləndik”.
Nehru













