Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əməkdar artistdən qalmaqallı sözlər: “Əldən heç nə gəlmədikdə “18+”a əl atırlar”

“Filmdə işlədilən ifadələri hələ demirəm. Bir də ki, cəmiyyətə nə təqdim etdinsə, onu da səndən tələb edəcəklər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında əməkdar artist, Bakı Bələdiyyə teatrının aktyoru Elxan Rza deyib:

“Filmlərdə söyüşdən istifadə etmək mentalitetimizlə uyğun gəlmir.Ümumiyyətlə bizim həm teatrda, həm filmlərdə yaradıcılıqda mental düşüncələr və yanaşmalar qorunur. Əslinə qaldıqda sənətdə, yaradıcılıqda nəyisə açıq-aşkar,qabarıq verməyin də tərəfdarı deyiləm. Bu ən asan yoldur. Əldən heçnə gəlmədikdə 18+ üsullara əl atırlar. Son zamanlar çəkilən filmlərin adları belə biabırçılıqdı. O filmlərlə yetişən gəncliyin gələcəyinin necə olacağını düşünəndə adam dəhşətə gəlir. Məncə, əlaqədar qurumlar bu məsələyə ciddi yanaşmalıdırlar. Filmdə işlədilən ifadələri hələ demirəm. Bir də ki, cəmiyyətə nə təqdim etdinsə, onu da səndən tələb edəcəklər”.

“Erotik rollara çəkilərdinizmi?” sualına aktyorun cavabı belə olub:

“Bəli çəkilərdim.Təbii ki, kimlərsə tərəfindən bu, birmənalı qəbul olunmaya bilər. Aktyorlar üçün hardasa bu asandır. Amma aktrisalar üçün mentalitet baxımından belə səhnələrə çəkilmək çox çətindir. Qonorar hər bir işdə önəmlidir. Amma mən sırf göstərdiyim işin professional tərəfini daha çox düşünürəm.Çünki tamaşaçıya mənim alacağım qonorar yox, təqdim etdiyim iş maraqlıdı. Onu da deyim ki, psixoloji düşündürücü rolları daha çox sevirəm.

Cəvahir

Loading...

www.yenicag.az

2341
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100