Əməkdar artistin xatirə gecəsi keçirildi

media-hightechnic-468x90

89468Fevralın 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində aktyorun teatr və kinoda yaratdığı obrazları əks etdirən fotosərgiyə baxıblar.

Xatirə gecəsində Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə çıxış edərək cəmi 41 il ömür yaşamış sənətkarın Azərbaycan teatr və kino sənətində qoyduğu izdən söhbət açıblar.

Çıxış edənlər, həmçinin aktyorla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə böyük sənətkarın oynadığı “Dəli yığıncağı” və “Aydın” tamaşalarından, “Nəsimi”, “Bəyin oğurlanması” və “Babamın babasının babası” filmlərindən fraqmentlər nümayiş olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600