!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməliyyat olunan məşhur meyxanaçı: “Artıq gec idi”

!Reklam – Yazi

Tanınmış meyxanaçı İntiqam Rüstəmov xəstəxanadan evə buraxılıb.

Yenicag.az-a açıqlama verən meyxanaçı evdə həkim nəzarəti altında müalicəsinin davam etdiyini bildirib:

“Evdə müalicə olunuram. Hər gün 20-30 dəqiqə yeriyib, yenidən yatağa uzanıram. Həkimlər deyir ki, özümü gözləməliyəm. İflic ola bilərdim, amma Allah mənə kömək oldu. Əməliyyata gedəndə ürəyimdə dedim ki, kaş ata-anamın qəbrini görüb, sonra əməliyyat olunaydım. Amma artıq gec idi. Çox pis hallar yaşadım. Onda başa düşdüm ki, dünya malı dünyada qalır. Əsas olan insanın can sağlığıdır. Xəstə olanda adamın gözünə mal-mülk, heç nə görünmür. Mən heç bilmirdim ki, bir anda vəziyyətim ağırlaşa bilər, yeriyə bilmirdim. Məni xəstəxanaya “kolyaska”da apardılar”.

Meyxanaçı dostlarından razılıq edib:

“Xəstə olanda telefonu səssizə qoyub, bir kənara atdım. Baxanda gördüm ki, durmadan zənglər olunub. Sağ olsun, hamı sağalmağım üçün dua edirdi”.

Cəvahir

COP29

www.yenicag.az

3425
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv