!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Emin Ağalarovun lüks həyatı - Milyarder oğlunun malikanəsindən VİDEOREPORTAJ

!Reklam – Yazi

Müğənni Emin Ağalarov öz dəbdəbəli malikanəsinin qapılarını “MuzTV” üçün açıb.

Yenicag.az xəbər verir ki, “Naprosilis” verilişi üçün öz malikanəsi barədə məlumat verən E.Ağalarov yaşadığı evin özəlliklərindən danışıb.

Evində ən diqqətçəkən məkan isə onun qarajı olub. Bir sıra lüks avtomobil, motosiklet və velosipedlərin olduğu məkan genişliyi ilə seçilir. Burada “Lamborghini”, “Ferrari”, “Hummer” və s. bahalı maşınlara rast gəlmək mümkündür.

Qeyd edək ki, tünd boz rəngdə olan “Lamborghini” Ağalarovun qarajında qara rəngdə olmayan yeganə nəqliyyat vasitəsidir.

Müğənni bildirib ki, qarajın böyük olması onun üçün çox vacibdir. Belə ki, bir qapıdan girdikdə digərindən çıxmaq mümkün olur:

“Burada mənim velosipedlərim də dayanır. Onlardan daha tez-tez istifadə edirəm. Qarajda müxtəlif oyuncaqlar var; hamısı da əsasən, qara rəngdədir”.

E. Ağalarov ən çox sevdiyi maşınından və onu necə almasından da danışıb:
“Ən sevdiyim maşınım “Cadilac”dır. Onu Nyu-Yorkdan Nyu-Cersiyə gedəndə almışam; özü də çox kiçik məbləğə və əla vəziyyətdə. Arxa şüşədə “For sale” (satış üçün) qeydi və nömrə var idi. Keçərkən gördüm və dərhal zəng vurdum ki, zəhmət olmasa saxlayın və maşını mənə satın” (gülür).

Müğənni hər gün gəzdiyi, yalnız qışda sürdüyü maşınları, eləcə də dostunun ona 35 yaşı münasibətiylə hədiyyə etdiyi qolf maşınını da nümayiş etdirib.

COP29

www.yenicag.az

15459
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv