!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əncirin çəyirdəyinə Quran surəsi yazdı - FOTO

!Reklam – Yazi

Hələ ən qədim zamanlardan heykəltəraşlıq sənəti müxtəlif gözoxşayan nümunələri ilə inkişaf etməkdədir. Dünyanın istənilən məkanında müxtəlif ölçüyə və formaya malik olan heykəltəraşlıq nümunələrinə rast gəlmək olar.

Yenicag.az xəbər verir ki, Konyada yaşayan Necati Qorxmaz adlı bir şəxs dünyadakı üç mikro heykəltəraşdan biri olaraq tanınır. Sənətkar hörümçək qılından istifadə edərək 6 ay ərzində əncirin toxumlarına İxlas surəsini yazıb.

Necati Qorxmaz açıqlamasında bildirib ki, 400 il əvvəl Seyyid Qasım Qubari adlı xəttat ilk dəfə olaraq düyü dənələrinə İxlas surəsini yazıb. O da məhz Qubaridən ilhamlanaraq həmin surəni daha kiçik olan əncir toxumları üzərində yazmağa qərar verib:
“Qürurla deyə bilərəm ki, bu günə qədər dünyada yazılan ən kiçik xətt yazısıdır. Kiçik əşyalardan istifadə etməyimizin əsas məqsədi odur ki, əgər bir iş sevgi üçün, bizi yaradan üçün edilirsə, nə qədər kiçik olursa, o qədər məqbul sayılır. Təsəvvüfdə bu, çox önəmlidir”.

Qeyd edək ki, Necati Qorxmazın mikroskop və ya böyüdücü vasitəsilə görülə bilən 40-a yaxın əsəri Mikro Miniatür Sənət Mərkəzində sərgilənir. Bura gələn ziyarətçilər saç telinə yazılmış bismillah, əncir toxumundan hazırlanmış təsbehə yazılan Allahın 99 adı, dünyanın ən kiçik bəzək əşyaları, həmçinin, şahmat dəsti ilə yazma əsərləri görmək şansı əldə edirlər.

Tahirə Nur

COP29

www.yenicag.az

3287
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv